turklehceleri.org

İxtiyar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ixtiyar

I. is. [ər.]
1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. İxtiyar özündədir. Öz ixtiyarı ilə. İxtiyarına buraxmaq. // Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq, hüquq, səlahiyyət. Bunun ixtiyarı kimdədir? Bunu etməyə ixtiyarı yoxdur. – İxtiyar sənindir, vəfalı dilbər; Mən sənin xətrinə dəyən deyiləm. “Qurbani”. Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. Ə.Haqverdiyev. ..Ancaq kapitan onları başa saldı ki, özü arzu etsə də, buna ixtiyarı yoxdur. M.Rzaquluzadə. // Sərəncam. Odur ki, haman yer [Cəlilin] ixtiyarında idi. İ.Musabəyov. [Yaşlı kişi:] Qapının açarı tamamilə mənim ixtiyarımda idi. S.Hüseyn. • İxtiyar almaq – icazə almaq, rüsxət almaq. // Hüquq əldə etmək. Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. C.Məmmədquluzadə. İxtiyar etmək köhn. – seçmək, üstün tutmaq, tərcih etmək. Nola Təbrizi gər Qövsi behiştə ixtiyar etsə; Kim onun xaki-payi sürmeyi-çeşmi-İsfahandır. Qövsi. [Şah Abbas:] Ona binaən labüdəm ki, təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. M.F.Axundzadə. Münəvvər isə məcburən .. bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi. İxtiyar işlətmək – sərəncam vermək, göstəriş vermək, böyüklük etmək, icazə vermək. [Qoca:] Biz sənə ixtiyar işlədə bilmərik. A.Divanbəyoğlu. İxtiyar sahibi köhn. – 1) bir şey haqqında hökm etməyə, sərəncam verməyə hüququ, səlahiyyəti olan adam. O zaman bir ixtiyar sahibi “asaram” desəydi, bil ki, asar, “kəsərəm” desəydi, kəsər, sürgün deyə hökm çıxarsaydı, sürgün edərdi. S.Rəhimov; 2) öz iradəsi ilə hərəkət edən, ixtiyarı özündə olan. İxtiyar verilmək – icazə verilmək, rüsxət verilmək. Rusiyanı dalğalandıran 1905-ci il inqilabından sonra .. senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. T.Ş.Simurq. İxtiyar vermək – icazə vermək, rüsxət vermək. ..Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.”. İxtiyarı əlində olmaq – bir şeyi etməyə hüququ çatmaq; haqqı, hüququ olmaq. [Əsgər] hiss edirdi ki, ixtiyarı tamamilə öz əlindədir. S.Hüseyn. İxtiyarı getmək – öz hüququndan, haqqından məhrum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq. Günbəgün əksilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi. İxtiyarı ilə, öz ixtiyarı ilə – öz xoşu ilə, öz məsləhəti ilə. Aşiqəm, zahid, məni məzur tut ki, hiç kim; İxtiyar ilə vidai-əqlü iman eyləməz. Qövsi. Nə ixtiyarın (ixtiyarım) var – ixtiyarın (ixtiyarım) yoxdur, nə cürətlə. [Məşədi İbad:] Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən? Ü.Hacıbəyov ...ixtiyarına buraxmaq (vermək) – sərəncamına vermək. Konsulxananın avtomaşınını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxmışdıq. M.S.Ordubadi. Öz ixtiyarına qoymaq – özbaşına buraxmaq, imkan vermək, mane olmamaq. Anasıyçın ağlayan körpə uşaq olardım; Qoysaydılar məni öz ixtiyarıma.. N.Rəfibəyli.
2. Qüvvət, güc, taqət. İxtiyarı yoxdur yerindən qalxsın. – Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. [Balaqardaş:] Dura bilməyirəm, ixtiyarım yoxdur.. N.Vəzirov. • İxtiyarı (əlindən) getmək (üzülmək) – taqətsiz olmaq, gücdən düşmək, əldən düşmək. Deyibdanışmağa gəlmir heç varı; Üzülübdür ixtiyarı Həsənin. Aşıq Həsən. [Zabit:] ..Gözümün içinə elə baxdı ki, varımdan yox oldum, ixtiyarım əlimdən getdi.. E.Sultanov. İxtiyarı(nı) əlindən almaq – üzmək, taqətdən salmaq. Əmani bulsa şeydayı tən irməz; Alıbdır eşq əlindən ixtiyarı. Əmani.

II. sif. [ər.] Qoca, yaşlı; pirani. İxtiyar kişi. – İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi. Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn. [Misxetdə] qonşum – bir ixtiyar, əlil rus zabiti ilə tanış oldum. E.Sultanov. • İxtiyar olmaq – qocalmaq. İxtiyar olmuş könüllər oldular yeksər cavan; Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Ə.Qəmküsar. // İs. mənasında. Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. C.Cabbarlı. Kəndin ixtiyar və ağsaqqalları yavaş-yavaş məscidə tərəf gedirdilər. S.Hüseyn. // məc. Qədim, dünyagörmüş. İxtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ixtiyar

I. qüvvət, güc, taqət
{kuvvet, güç, takat}

II. qoca, yaşlı, nurani
{koca, yaşlı, nurani}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ixtiyar

ihtiyar, insiyatif, vekalet, yetki

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

ixtiyar

a. İrade, istem. U méning ixtiyarimda – O benim irademe bağh. Ixtiyar özemde – Nasıl istersem öyle olur; Kimseye bağlı değilim. Ixtiyaring – Nasıl istersen.


Axir izdelgen sözler: