turklehceleri.org

ürəyincə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ürəyincə

zərf İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. Burnaşov çariçanın mərhəmət və ədalətindən danışır, camaatın güzəranına, qoşunların halına toxunmur. Bu, Vaqifin ürəyincə deyildi. Çəmənzəminli. • Ürəyincə olmaq – istədiyi, arzuladığı kimi olmaq. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu. Ə.Abasov. [Dustaq:] Mən elə iş axtarırdım ki, ürəyimcə olsun. H.Seyidbəyli.


Axir izdelgen sözler: