ülfət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ülfət
is. [ər.]
1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. • Ülfət etmək (bağlamaq) – birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq. İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə. // Görüşmə, qaynayıb-qarışma.
2. Sevgi, məhəbbət. Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ülfət
I. dostluq, hüsn, reğbət
{dostluk, güzellik, ilgi}
II. uyuşma, yovuşma
{uyuşma, yaklaşma}
III. həmrə’ylik, yekdillik
{hemfikirlik, birlik}