ölmüş
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
ölmüş
с. 1) үле, үлгән; 2) мәрхүм
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ölmüş
f.sif.
1. Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi. Mir Cəlal. // İs. mənasında (adətən cəm şəklində). Ölü. Ölmüşlər və dirilər. – Belə ölmüşlərə fəda dirimiz. S.Ə.Şirvani. Könül var ki, vulkan kimi alov saçar hər yana; Həq söyləyən ilhamları ölmüşlərə can verər... H.Cavid.
2. Nəvazişlə məzəmmət məqamında işlənir. [Bəy:] Ay ölmüş, nökər olanda nə olar, dedik bir söz danış, söz olsun. Mir Cəlal. // Eyni mənada körpə uşaq və ya heyvan haqqında. [Nərgiz] toppuşu göstərib tövşüyətövşüyə dedi: – Ölmüş gör necə qəşəngdir, ana! Ə.Məmmədxanlı.