çərtmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çərtmək
f.
1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı. – Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi.. Çəmənzəminli. // Keçmişdə: qan almaq və b. məqsədlə bədənin bir yerini iti bıçağın ucu ilə azacıq kəsmək.
2. Misgərlik, zərgərlik və b. sənətlərdə xüsusi alətlə çərtik açmaq.
3. Yonmaq, ucunu itiləmək. Karandaşı çərtmək. – [Salmanov:] Mən heç yazmağa başlamamışam. Bayaqdan qələmi çərtirdim. S.Rəhman.
4. məc. Üstüörtülü danışmaqla sataşmaq, toxunaqlı söz atmaq; sancmaq. [Mirbalayev:] İkincisi də .. o nə sözdür, çərtirsən? İ.Hüseynov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çərtmək
I. kəsmək, doğramaq, kərtmək, çapmaq, yapmaq, qəddəmək
{kesmek, doğramak, kertmek, dilimlemek, yapmak, kırpmak}
II. buraxmaq, dartmaq
{bırakmak, tartmak}
III. cücərmək, göyərmək
{yetişmek, yeşermek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çərtmək
kertmek, kesmek