turklehceleri.org

çırpınmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çırpınmaq

f.
1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq. Ürəyi (qəlbi) çırpınmaq. – Könül bir quşdur ki, sevməz əsarət: Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. [Jasmen:] Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid.
2. Özünü xilas etmək üçün qanadlarını oynadaraq təlaş içində çalışmaq (quşlar haqqında). Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. Eldar hələ ölməmiş və çırpınmaqda olan xoruzu götürüb, mənə uzatdı. M.Rzaquluzadə.
3. Zərbə ilə örtülmək, bağlanmaq. Qapı çırpıldı.
4. Səs çıxardaraq toxunmaq, xəfifcə çarpmaq. Neva çırpınır yatağında: Sudan çıxmış balıq kimi. R.Rza. Bakıdan beş gün ayrılanda; Yuxuma Xəzər girir; Sarı qumlu sahillərdə çırpınan; Gümüş telli ləpələr girir. N.Rəfibəyli.
5. Üstündəki tozu, torpağı, su damlalarını düşürtmək üçün bədəni şiddətlə sarsıtmaq; silkələnmək. Qoyun çimdiriləndən sonra çırpındı. – Sərin sabah küləyi boşluğa yayılırdı; Quşlar yuvalarında çırpınıb ayılırdı. R.Rza.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

çırpınmaq

çabalamaq, əlləşmək, eşələnmək
{çabalamak, uğraşmak, didinmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

çırpınmaq

çırpınmak, debelenmek


Axir izdelgen sözler: