çürütmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çürütmək
f.
1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək. – Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.
2. məc. Əzab və əziyyət içərisində məhv etmək. Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən (f.sif.) qatillər qarşısında oturmuşdur. M.İbrahimov. ..Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çürütmək
çürütmek