turklehceleri.org

çürümək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çürümək

f.
1. Mikroorqanizmlərin təsiri altında pozulub xarab olmaq. Taxta çürüdü. Meyvələr yağışdan çürümüşdür. – [Qərənfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Vəliyev. Ayaq üstündə çürümüş (f.sif.) iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov.
2. məc. Pozulub dağılmağa başlamaq; pozulmaq, məhv olmaq, məhvə məhkum olmaq. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi. “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. // məc. Məhv olmaq, yıpranmaq. Dərdli Kərəm bu yollarda çürüyə; Yolçunu yolundan eylər bu gəlin! “Əsli və Kərəm”. Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. N.Nərimanov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

çürümək

I. qoxumaq, iylənmək
{kokmak, bozulmak}

II. pozulmaq, korlanmaq
{bozulmak, kokmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

çürümək

çürümek


Axir izdelgen sözler: