çimçişmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çimçişmək
f.
1. İyrənmək, ürəyi götürməmək, ikrah etmək. Çox yağlı ətdən adam çimçişir. – Həkim yazdığı dərmanı anama çətinliklə içirirdim. Çimçişirdi... Ürəyi götürmürdü. Mir Cəlal. [Sirat] lakin qızın çirkinliyini, artıq qarımağa başladığını xatırlayaraq, çimçişib üz-gözünü qırışdırırdı. Ə.Əbülhəsən.
2. Diksinmək, səksənmək. [Yusif] birdən çimçişib xəyaldan ayrıldı. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çimçişmək
I. iyrənmək, ürpəşmək
{iğrenmek, ürpermek}
II. diksinmək, seksənmək, sarsımaq
{tiksinmek, iğrenmek, sarsılmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çimçişmək
huylanmak, ikrah etmek