çiləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çiləmək
f.
1. Sıçrantı halında, damcıdamcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. – Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı. Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər və ləzzət alardı. S.Rəhimov. [Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı. M.Hüseyn.
2. Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). Hava çiləyir. – Çiləyir narın-narın ilıq Bakı yağışı; Bizim qəşəng şəhərin birdir payızı, qışı. S.Rüstəm. Artıq gecədən keçmişdi. Arabir yağış çiləyirdi. S.Vəliyev.
3. məc. Səpələmək. Camaat çayın qırağına gələndə ay yavaş-yavaş özünü göstərdi. Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çiləmək
I. səpələmek, sıçratmaq, fısqırtmaq
{serpmek, sıçratmak, fışkırtmak}
II. sulamaq
{sulamak}
III. damcılamaq, çiskinləmək
{damlamak, çiselemek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çiləmək
püskürtmek