turklehceleri.org

çağırış

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çağırış

is.
1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.
2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar. [Nizami:] ..Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. M.S.Ordubadi.
3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə. [Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. İ.Şıxlı.
4. Bax çağırış vərəqəsi. Ağabala hələ indiyə qədər çağırış almamışdı. Mir Cəlal. • Çağırış vərəqəsi – bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq. – Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi. Ə.Əbülhəsən.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

çağırış

səda, hay, haraylama
{seda, ses, seslenme}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

çağırış

çağrı, döviz


Axir izdelgen sözler: