çaxmaqdaşı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çaxmaqdaşı
is. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün çaxmağın vurulduğu xüsusi daş parçası. [Baba] qovu çaxmaqdaşı ilə alışdırıb çubuğu yandırdı. Çəmənzəminli. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zamansa bir yolçunun, bir ovçunun, ya bir çobanın çaxmaqdaşından od alıb, gecə-gündüz şölə çəkib yanır. R.Rza.