çarx
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çarx
is. [fars.]
1. Öz oxu ətrafında fırlanmaqla minik və ya başqa nəqliyyat vasitələrini hərəkətə gətirən (dəndənəli və ya bütöv şəkildə) dairə; təkər. Araba çarxı. Velosiped çarxı. Avtomobilin çarxı. – Bir yerdə bir araba atını yıxılmış, ya bir arabanı oxundan və ya da çarxından sınan görsəydi, [Qurbanqulu] dərhal kömək edərdi.. T.Ş.Simurq. Qatarın çarxları durmadan dönür; İşıqlar görünmür, işıqlar sönür. N.Rəfibəyli.
2. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə.Vəliyev.
3. Kəsər alətləri itiləmək üçün dairəvi bülöv daşı olan alət. Bıçağı çarxda itiləmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çarx
təkər
{teker}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çarx
çark, tekerlek