çapmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çapmaq
f.
1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq. – Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq – hamısı nəzərə alınmışdı. S.Rəhimov.
2. İti sürmək (atı). Odur atlılar dəstədəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar.. C.Məmmədquluzadə. // Sürətlə getmək, qaçmaq (at). Hara belə çapırsan? – At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət. // Qaçıb getmək. Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə.
3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. [Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə.
4. Kəsərti ilə, iti bir şeylə yaralamaq. ..Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil. [Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çapmaq
I. kəsmək, yarmaq, doğramaq şaqqalamaq, parçalamaq, bölmək
{kesmek, yarmak, doğramak, ikiye ayırmak, parçalamak, bölmek}
II. sürmək, səyirtmək
{sürmek, seğirtmek}
III. talamaq, soymaq
{dolandırmak, soymak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çapmaq
dilimlemek, doğramak, kesmek