çallaşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çallaşmaq
(=çallanmaq) f. Çal olmaq, bozarmaq. Gömgöy olan bir taxıl, görürsən, bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov. // Ağarmağa başlamaq, dən düşmək. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb.. F.Köçərli. İndi Rüstəmin qara gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çallaşmaq
qocalmaq, ağarmaq
{kocamak, yaşlanmak}