Üryan
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
üryan
sif.
1. Çılpaq, lüt. [Misir:] Əkin əkən, biçin biçən, ov ovlayan; Bədənləri büsbütün üryan; Yoxsul babaların yurdudur. O.Sarıvəlli.
2. Yarpağı tökülmüş, yarpaqsız, çılpaq (ağac, kol və s. haqqında). Sərvü sənubərin afəti-xəzan; Soyub libasını qoymuşdu üryan. Q.Zakir. Buzlu çay sakit-sakit axır üryan ilğım kolları əsən şaxtalı küləyin altında o tərəf-bu tərəfə əyilirdi. S.Rəhimov.
3. məc. Yoxsul, kasıb, lüt. Mən, görürsən ki, nə cür üryanam. A.Səhhət.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
üryan
lüt, çılpaq, yalın
{üryan, çıplak, yalın}