Çərx
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çərx
is. [fars.]
1. Bax çarx. Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Toplar öz atəşləri və çərxlərilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı.
2. məc. Dünya, fələk. Tən etmə ki, çərx bivəfadır; Daim işi cövr ilə cəfadır. Füzuli. [Sitarə:] Lənət bu çərxə, gərdişi kim cabəcamıdır? C.Cabbarlı. • Çərxi-dövran klas. – dünya, kainat, fələk. Çərxi-dövranın müəlla iltifatındanmı bu; Cəmi-ömrüm görmədim heç bir zaman məmlu səni?! M.Müşfiq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxidövrana. B.Vahabzadə.