Çığırmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çığırmaq
f.
1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. – Atalar doğru deyib: – Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev. // Çığıra-çığıra demək, bərk səslə demək. Polad çığırdı ki: – Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim.
2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi. O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn. // Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran (f.is.) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çığırmaq
qışqırmaq, bağırmaq, böyürmək
{haykırmak, bağırmak, böğürmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çığırmaq
bağırmak
Axir izdelgen sözler: