Çin
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
çin
[Köken: Farsça] (ülke) Hıtay
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
Çin
и. Кытай, кытайлы
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çin
I. is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq. Çinlə ot biçmək. – Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Götürüb kəndlilər hərə bir çin; Başlanıbdır taxıllar içrə biçin. A.Səhhət.
II. is. dan. Dəfə, kərə. [Zeynal:] Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. C.Cabbarlı.
III. is. dan. Təbəqə, qat, lay. // Qalaq, yığın. Dədə, mən də ocağın gözünə odun gətirmişəm – deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. S.Rəhimov. // Sıra. Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski.
IV. zərf dan. Düz, doğru, düzgün. • Çin çıxmaq – doğru olmaq, düzgün olmaq, düz çıxmaq. Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. M.Hüseyn.
V. [rus.] Rütbə, vəzifə, xidmət dərəcəsi. [Xortdan:] Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. Ə.Haqverdiyev. // dan. Poqon. • Çini düşmək zar. kin. – vəzifədən düşmək, hörmətdən düşmək, daha sayılmamaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çin
I. rütbə, dərəcə, titul
{rütbe, derece, vazife}
II. pille, qat
{katman, kat}
III. doğru, həqiqət
{doğru, gerçek}
IV. xeyli, çoxlu
{hayli, çoklu}
V. dəryaz, gərənti
{güvence, garanti}