turklehceleri.org

zər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

zər

I. is. [fars.] klas.
1. Qızıl. Zər ilə olan zor ilə olmaz. (Ata. sözü). Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər. A.Səhhət. Gözəlsən, tərifin düşüb mahala; Zər kəmər yaraşır qaməti-dala. Aşıq Ələsgər. Neçə məktəblərimiz var, neçə cəmiyyətimiz; Zərimiz, zivərimiz, qüvvətimiz, qüdrətimiz. Ə.Nəzmi.
2. Qızıl suyu, yaxud qızılı toz. Zər vurmaq. Zər kağız (üzərinə qızıl suyu çəkilmiş, yaxud qızıl tozu ilə örtülmüş kağız). Zər yazı (qızıl suyu ilə yazılmış yazı). – Bunu oxumusanmı? – deyə mizin üstünə atdığı sarı cildli, zər yazılı kitabı göstərdi. M.Hüseyn. Rəis zər paqonlu qaraşın bir oğlan idi. Mir Cəlal. Qoşqar sinəsi atlana-atlana daşların üstünə qaçar, .. zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov.
3. bax. zərxara. Zər tuman, zər arxalıq; Yaşılı, həm alı göyçək. Aşıq Ələsgər.

II. is. [fars.] Sümükdən və s.-dən qayrılan altıüzlü, üzərində xallar olan oyun daşı (əsasən nərd oyununda istifadə olunur). [Nüşabə:] Söylə, kimsən, haradansan, ey gənc? Oynayırkən, zər atırsan şeş, pənc. A.Şaiq. Nərd yiyəsi sonra papiros qutusundan kağıza bükülü zərləri çıxardı. Ə.Əbülhəsən.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

zər

yaldız, zar


Axir izdelgen sözler: