zəm-zəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zəm-zəm
is. [ər.] Məkkənin yanında olub, suyu dindar müsəlmanlar tərəfindən müqəddəs sayılan bir quyunun adı (klassik şeirdə təmizlik, paklıq, saflıq, duruluq rəmzi kimi işlənir). Köysünə vuran həcər kimi daş; Zəm-zəm kimi gözdən axıdan yaş. Füzuli. Zəm-zəm tək oldu kuyinə əşki rəvan, rəvan; O, Kəbə içrə görmədi əhli-səfa, səfa. S.Ə.Şirvani. Çalxanır sonalar, çığrışır qazlar; Zəmzəm zümzüməli göllərin, dağlar! Aşıq Ələsgər. • Abi-zəmzəm – bax. ab.