zəkavət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zəkavət
[ər.] bax. zəka. Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi; Nə bir para oxumuşlarda bu zəkavət olaydı! M.Ə.Sabir. İnsanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə. ..Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ə.Haqverdiyev.