zəbun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zəbun
sif. [fars.] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Füzuli. Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. A.Səhhət. // Əsir, giriftar. • Zəbun etmək (eyləmək) – 1) zəifləşdirmək, qüvvədən salmaq, cansızlaşdırmaq, düşkünləşdirmək. Nagəhan başlayıb vəba; taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid; 2) əsir etmək, giriftar etmək. [Minnət xanım:] İnsaf eyləyin, bir baxın mənə! Mərcan eyləyir çox zəbun mənə! Ü.Hacıbəyov. Zəbun olmaq – 1) zəifləşmək, qüvvədən düşmək, cansızlaşmaq, düşkünləşmək; 2) əsir olmaq, giriftar olmaq.