zirvə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zirvə
is. [ər.] Dağın ən yüksək nöqtəsi, təpəsi. Dağın zirvələri qarla örtülüdür. – Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən; Tutmuşam, tək uçurum qarlı dağ üstündə qərar. A.Səhhət. Uzaqda dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi. // məc. Bir şeyin ən yüksək pilləsi, dərəcəsi, nöqtəsi. Burda yaxşı işləyən adamın çıxmayacağı bir zirvə yoxdur. M.İbrahimov. Deyirəm həmişə həyata da biz; Uca zirvələrdən baxa biləydik! B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
zirvə
təpə, baş
{tepe, baş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zirvə
doruk, zirve