zireh
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zireh
is. [fars.]
1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. [Yaşlı kişi:] ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. S.Hüseyn. • Zireh kimi, zirehtək – tor kimi, deşik-deşik. Sinəmi göz-göz zirehtək etdi peykanın sənin. Qövsi.
2. Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. Polad zireh. – Birinci mərmi tankın zireh qisminə dəyərək, deyəsən, kənara sürüşüb partladı. Ə.Əbülhəsən. Keçir tanklarımız – zəhmli, qorxunc; Axır bir sel kimi dəmir, zireh, tunc. Ə.Cəmil.
3. zool. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zireh
zırh
Axir izdelgen sözler:
- dəstəçi,
- bütünlemek,
- gaňyrmak,
- eresek,
- tamug,
- Yengeç,
- öküt,
- waqaqlimaq,
- tuvramak,
- Ülgürmek,
- obedience,
- berserk,
- navigator,
- sagbollaşmak,
- cürümek,
- izlemek,
- Esrarengiz,
- aax,
- nabak,
- masturbation,
- köstek,
- zireh