zindəganlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zindəganlıq
is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət. [Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. “Koroğlu”. Ölüm yeydir belə zindəganlıqdan. Q.Zakir. ..Komediya zindəganlığın ayinəsidir. N.Nərimanov. • Zindəganlıq etmək – yaşamaq, dolanmaq, keçinmək, gün keçirmək, həyat sürmək. Dərya dibində zindəganlıq edən heyvanat və nəbatatın çoxu bir yerə bənd olub qeyri yerə getmirlər. H.Zərdabi. İki ildən bir qədər ziyadə “Əkinçi” artıq üsrət və məşəqqət ilə zindəganlıq edib canını millət uğrunda fəda etdi. F.Köçərli.