zaviyə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zaviyə
is. [ər.] klas.
1. Bucaq, künc, guşə. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. M.F.Axundzadə.
2. Zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi tənha yer, təkyə, hücrə. [Əli] ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
zaviyə
bucaq, künc, guşə
{bucak, dip, köşe}