zamin
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zamin
is. [ər.] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. [Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin. M.F.Axundzadə. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani. • Zamin olmaq (durmaq) – birinin və ya bir işin məsuliyyətini öz üzərinə götürmək, zəmanət vermək. Borcun yoxdur, zamin ol! (Ata. sözü). ..Zamin olmuşam ki, topu fırlanan tapançanı bizim eloğlu Şamo düşmən əlinə keçirməz! S.Rəhimov. Zamin(ə) vermək – 1) hüq. birinin zəmanəti (məsuliyyəti) ilə bir şəxsi müvəqqəti olaraq həbsdən azad etmək. Müttəhimi zaminə vermək. – [Naçalnik:] Buları zaminə ver ta yuxarıdan cavab gəlincə. M.F.Axundzadə. Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal; 2) zamin kimi göstərmək. Zeynal yenə bir çox sözlər söyləyirdi. Gah Şərifzadəni, gah Möhsünzadəni zamin verirdi ki, bundan sonra alacağı paraları tamamilə Mehribana təslim etsin. S.Hüseyn. Zaminə götürmək hüq. – ittiham olunan bir şəxsin istənilən vaxt inzibat və ya istintaq orqanına qayıdacağı haqqında dilindən rəsmi iltizam verərək, həbsdən müvəqqəti azad etdirmək. [İbrahim bəy:] ..Zaminə götürərik.. Sən də, hacı, mənim yolumu görərsən. N.Vəzirov. Uzun danışıqdan sonra Xasay [İsmiyevi] zaminə götürdü. M.Hüseyn. [Yüzbaşı:] Bundan bir ay möhlət alaq, mən zaminə götürürəm. Mir Cəlal.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zamin
kefil
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
zamin
(Persian) the Earth; land; ground(s), support.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
zamin
a. 1. Kefil, sorumlu 2. Engel, mania, güçlük. Zamin bolmaq – Sebep olmak; engel olmak.