turklehceleri.org

yığnaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yığnaq

is.
1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük. Bu nə yığnaqdır? – Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı.. H.K.Sanılı. • Yığnaq eləmək (etmək) – yığılıb danışmaq, məsləhətləşmək. Çağır Kükümlə Muxtarı; Otağa, yığnaq eləyək! Aşıq Ələsgər. Yığnaq salmaq kin. – toplaşmaq, yığışmaq. Gündə bir qapıya salırlar yığnaq. Q.Zakir. // Bir yerə yığılmış, toplanmış şeylər. Keçibdir beş yüzü dərədə yığnaq; Toplanmış imperyal bir dolu çanaq. H.K.Sanılı.
2. Qonaqlıq, məclis. Xeyrin olsun, hər kəs yığnağındadır; Onlar ilə zövqü işrət eylərsən. M.V.Vidadi. [Divanbəyi:] Xub, o şeytan yığnağına rast gələn uşaqları mənə göstərin. M.F.Axundzadə. Düşəndə məclisə, ağır yığnağa; Mənə hörmət qoyur irəncbər, ağa. Aşıq Ələsgər.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

yığnaq

I. qələbəlik, tünlük
{kalabalık, sıklık}

II. qonaqlıq, məclis
{misafirlik, meclis}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

yığnaq

alay


Axir izdelgen sözler: