yüyrək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yüyrək
(=yüyürək) sif. Bərk qaçan; itigedən, qaçağan. [Əhməd tacirbaşı] bir yüyrək at minib, durmagəldim özünü Həsən paşanın yanına çatdırdı. “Koroğlu”. [Qurbanəli bəy:] Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürək at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam. C.Məmmədquluzadə.