yüngülləşdirmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yüngülləşdirmək
f.
1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. İşini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək.
2. Zəifləşdirmək, yumşaltmaq, azaltmaq. Dərdini yüngülləşdirmək. Ağrını yüngülləşdirən dərmanlar. – Prokuror da, vəkil də dönə-dönə inad edirdilər ki, doğrusunu aç söylə, [məhkəmə] sənin təqsirini yüngülləşdirər. Mir Cəlal.
3. Təskin etmək, yumşaltmaq. Ürəyini yüngülləşdirmək.
4. Quruluşunu sadələşdirmək, bəsitləşdirmək. Maşının quruluşunu yüngülləşdirmək.