yorulmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yorulmaq
f. Çox işləmək, çalışmaq, hərəkət etmək və s. fəaliyyət nəticəsində yorğunluq hiss etmək, gücdən düşmək. Gəzməkdən yorulmaq. İşləməkdən yorulmaq. Fikirləşməkdən yorulmaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. C.Məmmədquluzadə. // Təngə gəlmək, bıqmaq, usanmaq, üzülmək. Danışmaqdan yorulmadın? – ..Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Bir xeyli sükutdan sonra katib qapıya baxa-baxa dedi: – Nizam-intizam barədə danışmaqdan yorulmuşuq. M.Hüseyn.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yorulmaq
yorulmak