turklehceleri.org

yetmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yetmək

f.
1. bax. yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. – Yetənə yetir, yetməyənə daş atır. (Ata. sözü). Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. (Bayatı).
2. Gəlmək, keçmək, çatmaq. Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər. Füzuli. // Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək. Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı. M.Dilbazi.
3. Çatmaq, kifayət etmək. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.
4. Toxunmaq, rastlaşmaq, dəymək. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.
5. Yetər şəklində – bəsdir, kifayətdir. [Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm. S.S.Axundov. Yetər bu qədər danışdığımız. Artıq iş zamanıdır. C.Cabbarlı.


Axir izdelgen sözler: