yenmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yenmək
f.
1. Basmaq, məğlub etmək, qalib gəlmək. Onu yenməkdə əlbir olsaq biz; Çox gözəl bar verər diləklərimiz. A.Şaiq. Nağını, Xaçoyu yendi cavanlar; Vuruşmasaq olmaz! – dedilər onlar. H.K.Sanılı.
2. bax. enmək. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə. [Kərim baba tüfəngi] hər gün silər, təmizlər və arabir dərənin içinə yenərək bir yeri nişan alardı. A.Şaiq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yenmək
yenmek