yaylaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yaylaq
is. Sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeri. Yaylaq havası. Yaylaqda istirahət etmək. Yaylağa köçmək. – İnək, camış, qoyun, quzu; Çıxar naxırda otlağa; Köçər arandan el, gedər; Yavaş-yavaşca yaylağa. A.Səhhət. Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Ehtiyat xala .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Yayda qoyun və malqara sürülərinin saxlandığı yer (qışlaq müqabili). // Ümumiyyətlə, sərin və səfalı yer.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
yaylaq
Yayla.