turklehceleri.org

yaxınlaşmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yaxınlaşmaq

f.
1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum. – Zeynal, yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. Obaya yaxınlaşınca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman. // Həmsərhəd olmaq, yanbayan olmaq. // Səs, işıq haqqında: getdikcə yaxşı eşidilməyə, görünməyə başlamaq. Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə. Kəndimizin işıqları getdikcə yaxınlaşırdı. İ.Əfəndiyev.
2. Vaxt, zaman və s. haqqında: çatmaq, yetişmək, olacağına çox az qalmaq. Böhran yaxınlaşır. Bayram yaxınlaşmaqdadır.
3. Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxın olmaq, aralarından dostluq münasibəti yaratmaq. Onları tanış edib yaxınlaşdırmaq lazımdır.
4. Oxşamaq, bənzəmək, uyğun gəlmək.
5. məc. Yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə, tələbinə cavab vermək. Ədəbiyyat getdikcə daha artıq həyata yaxınlaşır.
6. Yanaşmaq, öz münasibətini bildirmək. Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşa bilmirdi. M.İbrahimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

yaxınlaşmaq

I. yanaşmaq
{yanaşmak}

II. çatmaq, yetişmək
{çatmak, yetişmek}

III. oxşamaq, bənzemək
{yaklaşmak, benzemek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

yaxınlaşmaq

yaklaşmak


Axir izdelgen sözler: