yasaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yasaq
is. [qəd. yasa – qanun sözündən]
1. Qadağan. Mən aşığam, yasaq yoxdur dilimə; Şükr edərəm haqdan gələn zülümə. Aşıq Ələsgər. Saqi, şərab ilə məni sən tərdəmaq elə; Kimdir baxan bu zahidi-xüşkün yasağına. S.Ə.Şirvani. • Yasaq etmək – qanunən qadağan etmək, mən etmək, icazə verməmək. Babək yenə orada qaranlıqda, ocaqlardan kənarda yük tayına söykənib dayanmışdı, dönüb çadıra tərəf baxmağı özünə yasaq eləmişdi.. Ə.Məmmədxanlı. // Yasaqdır şəklində – qadağandır. İçəri girmək yasaqdır.
2. tar. Qədimdə Volqaboyu və Sibir xalqlarından alınan vergi; tövcü. // tar. Ümumiyyətlə, natural vergi; tövcü. Xan və qalan feodallar “qara camaatdan” puldan, baldan və başqa məhsullardan yasaq (xərac) toplayırdılar.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yasaq
I. qadağan
{yasa dışı}
II. verki, töycü
{vergi, kesenek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yasaq
yasak