turklehceleri.org

yanğı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yanğı

is.
1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü. • Yanğısını (ürək yanğısını) söndürmək – su içmək ehtiyacını (su içməklə) rəf etmək, atəşini söndürmək. Ürək yanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib ağır bir nəfəs ötürdü. Mir Cəlal.
2. Yanğın. Belə od olmaz, böylə alo! Od deyil, yanğı deyil, lovdur, lo! M.Ə.Sabir.
3. məc. Böyük həsrət, şiddətli arzu (adətən “ürək” sözü ilə). [Bayram:] Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? M.F.Axundzadə. İsa kişi bunu elə ürək yanğısı ilə soruşdu ki, Xəlil ciddən məyus oldu. Ə.Əbülhəsən.
4. məc. Təsir mənasında.


Axir izdelgen sözler: