yalınqat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yalınqat
sif.
1. Ancaq bir qat; astarı olmayan, astarsız. [Molla Qasımın] belində üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski. Gülsənəm lap arıqlamış, yalınqat, nazik, yamaqlı büzmənin içində oturmuş və fikrə getmişdi. S.Rəhimov.
2. məc. Çox arıq, sısqa, cansız, sağlam olmayan. Mənim kimi yalınqatdan nə hasil; Adam gərək ola püsərək topçaq. Q.Zakir.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yalınqat
astarsız
{astarsız}