xətir
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xətir
is. [ər.] Hörmət, ehtiram, sayğı; şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək. – Xətir üçün xəstə yatmazlar. (Ata. sözü). ‣ Xətir qoymaq (saxlamaq) – hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək. Xətri qalmaq – incimək, narazı qalmaq, könlü qırılmaq. Xətri xoş olmaq – ürəyi açılmaq. Xətri(n) istədiyi qədər – bax. ürəyi(n) istədiyi qədər (“ürək”də). Xətrindən keçməmək – bax. üzündən keçə bilməmək (“üz”də). [Xəlfə:] [Dursun] daha Aslan bəyin xətrindən keçmərəm. C.Cabbarlı. Xətrinə dəymək (qıymaq, toxunmaq) – könlünü qırmaq, ürəyinə (qəlbinə) dəymək, toxunmaq. Nə dedim xətrinə dəydi; Üzün məndən niyə döndü? Aşıq Ələsgər. Nə bir nəfər ona “yox” dedi; Nə bir nəfər xətrinə qıydı. R.Rza. Xətrini istəmək – yanında hörməti olmaq, çox saymaq, hörmət etmək, sevmək. İkram əmisi Ağayarın xətrini çox istəyirdi. Ə.Əbülhəsən. Xətrini qırmaq (sındırmaq) – bax. xətrinə dəymək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
xətir
hatır