xurcun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xurcun
is. İçərisində şey qoymaq üçün adətən yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq. – [Əhməd] ..başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib [eşşəyə] mindi. B.Talıblı. Tahir isə anasından dolu xurcunu alıb mətbəxə apardı.. M.Hüseyn. Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündə onun. B.Vahabzadə.