xiridar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xiridar
is. [fars.]
1. Alıcı, müştəri. Malın xiridarı yoxdur. – Mətaın atma bazarə; Xiridar olmayan yerdə. M.V.Vidadi. Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani. // Məc. mənada. [Zakir] hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir.
2. məc. Bir şeyin qiymətini bilən, ona lazımi qiymət verə bilən, başa düşən; sərraf. Söz xiridarı. – Hicrana yandı canım, tüstüsüdür dağdakı çən; Canımı hərraca qoydum, de, xiridarı hanı? Şəhriyar. İsi dayının “tərzi-ifadəsi” Məmmədsadığın olduqca xoşuna gəldi. O belə “tərzi-ifadə”nin xiridarı idi. Lakin İsi dayının “tərzi ifadəsi”ni çətin anladı. “Məkruf” sözünü o bilirdi. B.Bayramov.