xatırlatmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xatırlatmaq
f. Yadına salmaq. Bu xoş ətir nədənsə Mehribana nənəsini xatırlatdı. H.Seyidbəyli. Bəs nədəndir səni mənə xatırladır; Susuz yanan hər çöl, hər düz? N.Rəfibəyli. // Andırmaq, oxşamaq, yadına salmaq (oxşar bir şeyi). Axşamüstü Arazdan qalxan sazaq quru qarğı və qamışları tərpədir, səhərki səsləri büsbütün unudan və qəmli bir hüznü xatırladan başqa bir səs eşidilməyə başlayır(dı). Ə.Vəliyev.