turklehceleri.org

xaraba

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xaraba

[ər.]
1. is. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. C.Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı.
2. sif. Dağılmış, uçulmuş, alt-üst olmuş, xaraba qalmış; viranə, yıxıq, uçuq. Xaraba şəhər. Xaraba kənd. Xaraba evlər. – Könül şəhri gündən-günə talandı; İndi oldu bir xaraba çöllər hey. M.V.Vidadi. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. M.S.Ordubadi. Gülbənd bacısı Tamamın hər şeydən çox xaraba qəbiristandan qorxduğunu söylərdi. S.S.Axundov. • Xaraba qalmaq – uçulmaq, dağılmaq, viran olmaq (bəzən qarğış kimi – xaraba qalsın! xaraba qalasan! şəklində işlənir). [Qərib:] Xaraba qalsın Tiflis şəhəri; Heç səndə oynayıb-gülən yoxumuş. “Aşıq Qərib”. Gözəl Təbriz xaraba qalır, toz-torpaq içində sönüb gedir. M.İbrahimov. İş belə gedərsə, Gəray ağanın Qarabağ düzənlərindəki malikanəsi, Şuşa şəhərindəki üçmərtəbəli imarəti də xaraba qalacaq... S.Rəhimov. Xaraba qoymaq – dağıtmaq, viran etmək, uçurmaq, daşı daş üstə qoymamaq, xarabalığa döndərmək. [Cənnətəli ağa:] Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü aləmi xaraba qoyam! N.Vəzirov. // klas. Məc. mənada. Bu dil ki ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər yar, dəxi harə qayıtsın? Heyran xanım.
3. dan. Öz evi, öz mülkü, öz yeri mənasında (hiddət məqamında deyilir). [Kərbəlayı Ağca:] Min dəfə deyirəm, bu zəhrimar çəpəri öz xarabanızdan çəkin! Çəmənzəminli. [Paşa bəy Səlbiyə:] Onsuz da qanım qaradır, çıx cəhənnəm ol, itil get xarabana! Ə.Vəliyev. [Münəvvər:] Qoymaz ki, itin küçükləri xarabamızda bir hovr rahat nəfəs alaq. Mir Cəlal.
4. bax. xarabaxana. Çox görmüşəm qana batmış əlləri mən; Çək tətikdən əllərini; Yüz xaraba, min xaraba müəllifi əllərini. M.Araz.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

xaraba

viranə, uçuq
{virane, yıkık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

xaraba

enkaz, harabe


Axir izdelgen sözler: