turklehceleri.org

xalxal

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xal-xal

sif. Xallı, xallarla örtülü, xallarla bəzəkli, üstündə xallar olan. Xal-xal parça. Xal-xal örpək. Xal-xal paltar. – Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan. B.Vahabzadə. • Xal-xal olmaq – 1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu. – Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. M.Dilbazi; 2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq. Oğlanın solğun yanaqları qızarıb xalxal oldu. M.Hüseyn. ..Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov. Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi. B.Bayramov.

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xalxal

I. is. Keçmişdə qadınların yaraşıq üçün topuqlarına taxdıqları gümüş, qızıl və s.-dən düzəldilmiş zınqırovlu halqa. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərifzərif səslənirdi. M.S.Ordubadi.

II. is. Heyvanlara məxsus binalarda ayrıca bölmə. Xalxalı təmiz saxlamalı. – [Zərnigar xanım] əlində çatı, buzov dalınca qaçanları da, malları xalxala dolduranları da .. gözdən qoymurdu. İ.Şıxlı.


Axir izdelgen sözler: