turklehceleri.org

xain

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xain

sif. [ər.]
1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük. [Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. // məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən. // İs. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər. Həmin xainlər tapılıb, cəzasına çatmalıdırlar. H.Nəzərli. • Xain baxmaq – 1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq. [Güləndam:] Yoldaş Qaradağlı, oğlumun sevgilisinə xain baxan o evli kişini tapın və cəzalandırın. B.Bayramov; 2) bax. xain çıxmaq. Sancılsın tikanlar xain gözünə; Xain baxdın çün dostlara, danışma! Aşıq Hüseyn. Xain çıxmaq – vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək. [İblis İbn Yəminə:] ..Çəkəcəkdir başımız dürlü bəla; Çünki var başqa günahın da sənin; Orduya, dövlətə çıxdın xain. H.Cavid. Xain çıxsa əgər bir qız, bir oğlan; Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.
2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

xain

satqın, dönük, namərd
{riyakâr, dönük, namert}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

xain

hain, sinsi

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

xain

a. Hain. Xainlerche – Hainlerce. Weten xaini – Vatan haini.


Axir izdelgen sözler: