vətəndaş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vətəndaş
is.
1. Müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxs. Azərbaycan vətəndaşı. – Ey bahar ölkəmin vətəndaşları! Yol açın şəfəqdən hörülmüş nəslə. A.Şaiq. Bir balaca Vətən daşı; Vətən daşı olmayandan; olmaz ölkə vətəndaşı... M.Araz. // Bir dövlətin təbəəsi. O hansı ölkənin vətəndaşıdır?
2. Yaşlı adam, kişi. Bir vətəndaş gəlmişdi. Bu vətəndaş kimdir? – Darvazanın qapısında bir-iki nəfər vətəndaş durub, bir qulluqçu ilə nəsə danışırlar. C.Məmmədquluzadə. // Yaşlı adamlara rəsmi müraciət forması. Vətəndaş, vəsiqənizi göstərin! Vətəndaş, yol verin, keçim! ‣ Vətəndaş müharibəsi – bir dövlət daxilində antaqonist siniflər arasında silahlı mübarizə.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vətəndaş
uyruk, vatandaş, yurttaş