vurğu
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vurğu
I. is.
1. Vuruş, zərbə. Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev. Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. Babayev. // Vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. S.Vurğun. Döyüşlərə çağırır saatların vurğusu. S.Rüstəm.
2. dan. İflic, beyinə qan vurma.
3. məc. Afət, bəla. [Nəsib əmi:] Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! Mir Cəlal.
II. is. qram. Kəlmədə müəyyən səsin (səslinin) ucalması və bunun üçün o səsin və ya hərfin üzərinə qoyulan işarə. Vurğu işarəsi.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vurğu
vurgu