vaxtsız
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vaxtsız
sif. və zərf
1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Ata. sözü). // Çox tez. Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər. S.Vurğun.
2. Yersiz, qeyri-münasib vaxtda, gec. Vaxtsız gəlmək. – Vaxtsız qonaq kisəsindən yeyər. (Ata. sözü).
3. Mövsümündə olmayan, mövsümündən əvvəl və ya sonra hasil olan. Vaxtsız meyvə. Vaxtsız əkin bar verməz.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vaxtsız
I. tez
{tez}
II. yersiz, gec
{yersiz, geç}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vaxtsız
vakitsiz