uğursuz
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
uğursuz
[Köken: Anlam kayması] Yönsüz, Ağır gözlü, Gözü yaman, Yaman gözlü
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
uğursuz
ф. бәхетсез
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
uğursuz
sif.
1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədşüküm, bədbəxt, fəlakətli. Qonaqsız ev uğursuz olar. (Ata. sözü). [Hannanın] gözəl səsi mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz idi. M.S.Ordubadi. Qardaşlarımdan üçü müharibədən qayıtmamış, biri öz əcəli ilə vəfat etmiş, Səmədin atası Mədəd isə uğursuz bir təsadüfün qurbanı olmuşdu. İ.Hüseynov. // Nəhs, mənhus, pis. Uğursuz bir gündə acı bir külək; Dağları, daşları bir yerdə qatdı. S.Vurğun. // Bədbəxt, talesiz, bəxtsiz. [Vəzir:] Xeyir olsun, ah, gəlir uğursuz insan; Gözündə oynayır ehtiras, al qan. A.Şaiq. O öz həyatını, cavan ömrünü; Uğursuz taleyin hökmünə verdi. B.Vahabzadə.
2. Uğursuzluqla nəticələnən, heç bir müsbət nəticə verməyən, heç bir şeylə nəticələnməyən; müvəffəqiyyətsiz. Uğursuz təşəbbüs. Uğursuz uçuş. Uğursuz axtarışlar. Bütün cəhdləri uğursuz (z.) qurtardı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
uğursuz
I. semeresiz, neticesiz, mə’nasız, boş
{verimsiz, neticesiz, anlamsız, boş}
II. bedbext, qaragün, talesiz
{şanssız, bahtsız, talihsiz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
uğursuz
şanssız, uğursuz